12 Sentyabr 2026, 20:33
FUTBOL
Almaniya Bundesliqasında III turunda "Borussiya" doğma meydanda "Paderborn" qarşılaşıb.
Matc.az xəbər verir ki, Dortmund təmsilçisi bu oyunda 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Fabiu Silva 5-ci dəqiqədə dortmundluları önə keçirib. Feliks Nmeça 80-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb, 89-cu dəqiqədə isə dublunu rəsmiləşdirib.
Bu oyundan sonra "Borussiya" 9 xalla Almaniya Bundesliqasında turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Paderborn" isə 1 xalla 15-ci yerdədir.
Qeyd edək ki, "Borussiya"ı UEFA Çempionlar Liqasında "Sabah"ın rəqiblərindəndir. Təmsilçimiz Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 20-də Bakıda Dortmund kollektivini qəbul edəcək.













