"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab oyununa bilet satışı davam edir. Matc.az saytının məlumatına görə, bugünkü qarşılaşmada tribunaların dolması gözlənilmir.

Məsələ burasındadı ki, oyunun startına cəmi bir neçə saat qalmasına baxmayaraq, hələlik 13 min bilet satılıb. Oyun vaxtına qədər bu sayın artması gözlənilir.

Qeyd edək ki, saat 20:00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest