Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da bu turnirdə növbəti matçına çıxıb.
 
Rusiya təmsilçisi doğma meydanda Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb. Səfərdə 0:1 hesabıyla uduzmuş moskvalılar ev oyunundan da 1:2 hesabıyla məğlub ayrılıblar və qrup mərhələsinə vəsiqə qazana bilməyiblər.
 
Ayaz da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest