 
 
	Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
	Təbriz klubu səfərdə "Sepahan"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlub ayrılıb – 0:1.
	Təbrizin daha məşhur "Traktor" klubu isə bu gün doğma meydanda "Persepolis"lə qarşılaşacaq.
	"Maşinsazi" hazırda 3 xalla 16 kollektiv arasında 6-cı, "Traktor" isə 1 xalla 10-cudu.
				
         	
                                             
               
 
             
 















