"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS tarixində bütün turnirlər daxil olmaqla çıxış etdiyi klubda 100 qol həddinə ən tez çatan futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Messi bu nailiyyətə "İnter Mayami"nin Meksika "Krus Asul"u ilə qarşılaşdığı Kubok Kampeones (Campeones Cup) matçında imza atıb. Messiyə MSL klubunda rəsmi olaraq 100 qol həddinə çatmaq üçün 155 matç kifayət edib.

Argentinalı futbolçu 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Kubok Kampeones hər il keçirilən biroyunluq futbol turniridir və burada Superkubok uğrunda Amerika MLS-nin hazırkı çempionu ilə Meksika Liqa MX-inin "Çempionlar çempionu" titulunun sahibi qarşılaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest