"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri çempionlar Liqası (çL) ilə bağlı proqnozlarını verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis özlərini favorit hesab etmir.

Onun fikrincə, çL-i qazanmağa ən real namizəd "Barselona"dı: "Mənə görə, bu mövsüm çempionlar Liqasının favoriti "Barselona"dı. Sadəcə, onların oyununa tamaşa etmək lazımdı. Biz favoritlər arasında ilk "4-lük"də olarıq. Reallığı xoşlayan və obyektiv danışan insanam".

Qeyd edək ki, çL-in qrup mərhələsinin ilk 3 turundan sonra həm "Yuventus", həm də "Barselona" öz qrupunda 9 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest