Bu gün UEFA Millətlər Liqasında III tura start veriləcək.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
D Liqasının II Qrupunda mübarizə aparan Azərbaycan milli komandası Lixtenşteyn yığması ilə qarşılaşacaq.
Daha sonra A Liqasının II Qrupunda iki görüş baş tutacaq. Almaniya Serbiya seçməsi ilə, Yunanıstan isə Niderland komandası ilə üz-üzə gələcək.
Həmçinin A Liqasının IV Qrupunun da oyunları reallaşacaq. Danimarka Portuqaliya millisi ilə, Uels isə Norveç yığması ilə qarşı-qarşıya gələcək.
Bundan başqa, B Liqasının III Qrupunda İrlandiya – Avstriya və İsrail – Kosovo, D Liqasının I Qrupunda isə Malta – Cəbəllüttariq matçları keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, III tur
1 oktyabr
D Liqası, II Qrup
20:00. Azərbaycan – Lixtenşteyn
A Liqası, II Qrup
22:45. Almaniya – Serbiya
22:45. Yunanıstan – Niderland
A Liqası, IV Qrup
22:45. Danimarka – Portuqaliya
22:45. Uels – Norveç
B Liqası, III Qrup
22:45. İrlandiya – Avstriya
22:45. İsrail – Kosovo
D Liqası, I Qrup
22:45. Malta – Cəbəllüttariq













