"Trabzonspor"un yarımmüdafiə axtarışlarında gündəmə sürpriz bir ad gəlib. Qış fasiləsində mütləq güclənməyi hədəfləyən Qaradəniz təmsilçisi, daha əvvəl də radarında olan Gedson Fernandesi heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb.

Bildirilir ki, komandanın baş məşqçisi Tomas Raysın istəyinə əsasən bu mövqeyə mütləq yeni oyunçu cəlb ediləcək. "Trabzonspor" rəhbərliyi Türkiyə çempionatına yaxından bələd olan 27 yaşlı portuqaliyalı yarımmüdafiəçinin namizədliyinə müsbət yanaşır.

Moskva "Spartak"ından ayrılmaq istədiyini rəhbərliyə bildirən Fernandes üçün Rusiya klubu 18 milyon avro tələb edir. Lakin futbolçunun komandadan getmək istəyini nəzərə alan "Trabzonspor" bu məbləği daha aşağı salaraq transferi rəsmiləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Gedson Fernandes daha əvvəl Türkiyədə "Qalatasaray", "Beşiktaş" və "Çaykur Rizaspor" klublarının da şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest