"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk Niderland milli komandasının heyətində 100 oyunluq səddi aşan tarixdə 11-ci futbolçu olub.
Matc.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Yubiley matçı oktyabrın 4-də Millətlər Liqasının dördüncü turu çərçivəsində Serbiyaya qarşı keçirilən oyunda baş verib. Təcrübəli futbolçu meydana start heyətində kapitan sarğısı ilə çıxıb və komandasının 2:1 hesablı qələbə qazanmasına kömək edib.
Rekordçu isə keçmiş yarımmüdafiəçi Vesli Sneyder olaraq qalır. Onun aktivində 134 oyun var.
Niderland millisinin heyətində ən çox oyun keçirən futbolçular:
1. Vesli Sneyder – 134
2. Edvin van der Sar – 130
3-4. Memfis Depay – 112
3-4. Frank de Bur – 112
5. Rafael van der Vart – 109
6. Deyli Blind – 108
7. Covanni van Bronxorst – 106
8. Dirk Kuyt – 104
9. Robin van Persi – 102
10. Filip Koku – 101
11. Vircil van Deyk – 100.




_1791175913.jpg)








