Bu gün UEFA Millətlər Liqasında IV tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.
D Liqasının II qrupunda yer alan Azərbaycan milli komandası doğma meydanda Litva seçməsini minimal hesabla (1:0) məğlub edərək vacib 3 xal qazanıb.
B Liqasının III qrupunda isə hər iki qarşılaşmada bərabərlik qeydə alınıb – Kosovo Avstriya ilə, İrlandiya isə İsrail ilə eyni hesabla (1:1) xalları bölüşüb. D divizionunun digər matçında Malta Andorra üzərində 1:0 hesablı minimal qələbəyə sevinib.
A Liqasının II qrupunda Niderland yığması Serbiya kollektivini 2:1 hesabı ilə üstələdiyi halda, Yunanıstan – Almaniya qarşıdurmasında qapılara qol vurulmayıb.
Nəhayət, IV qrupda Portuqaliya millisi öz meydanında Norveçdən 2:1 hesabı ilə üstün olub, Uels isə evdə Danimarka seçməsinə minimal hesabla (0:1) boyun əyib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, IV tur
4 oktyabr
D Liqası, II Qrup
Azərbaycan – Litva - 1:0
Qol: Abdulla Xaybullayev, 25
B Liqası, III Qrup
Kosovo – Avstriya - 1:1
Qollar: Fisnik Asllani, 70 // Kristof Lanq, 85
İrlandiya – İsrail - 1:1
Qollar: Troy Parrott, 39 (pen.) // Dor Peretz, 47
D Liqası, I Qrup
Malta – Andorra - 1:0
Qol: Teddi Teuma, 49
A Liqası, II Qrup
Niderland – Serbiya - 2:1
Qollar: Tön Kopmeyners, 31, Coşua Zirkzee, 72 // Mixaylo Tsvetkoviç, 35
A Liqası, II Qrup
Yunanıstan – Almaniya - 0:0
A Liqası, IV Qrup
Portuqaliya – Norveç - 2:1
Qollar: Joao Kanselo, 38, Qonsalo Ramos, 79 // Kristof Ayer, 36
Uels – Danimarka - 0:1
Qol: Rasmus Hoyland, 75 (pen.)












