Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan "Transfermarkt" portalı İspaniya La Liqasının ən bahalı oyunçularının yenilənmiş reytinqini təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə sözügedən portalın rəsmi saytı məlumat yayıb.

Siyahıda birinci pilləni "Barselona"nın vingeri Lamin Yamal qoruyub. Ümumilikdə ilk "onluğ"a Madrid "Real"ının 5 və "Barselona"nın 4 futbolçusu daxil olub.

"Atletiko"nun ilk "onluq"dakı yeganə təmsilçisi isə hücumçu Xulian Alvaresdir.

"Transfermarkt"ın versiyasına görə La Liqanın ən bahalı 10 futbolçusu (5 oktyabr):

1. Lamin Yamal ("Barselona") – 220 milyon avro.
2. Kilian Mbappe ("Real") – 200 milyon avro.
3. Cud Bellinqem ("Real") – 160 milyon avro.
4. Pedri ("Barselona") – 150 milyon avro.
5. Vinisius Junior ("Real") – 130 milyon avro (- 10 milyon avro).
6. Yan Diomande ("Real") – 120 milyon avro (+ 30 milyon avro).
7. Fermin Lopes ("Barselona") – 110 milyon avro (+ 10 milyon avro).
8. Xulian Alvares ("Atletiko") – 110 milyon avro (- 10 milyon avro).
9. Arda Gülər ("Real") – 100 milyon avro (+ 10 milyon avro).
10. Pau Kubarsi ("Barselona") – 100 milyon avro.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest