Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya"nın UEFA-ya təqdim edəcəyi iştirak ərizəsi ilə bağlı heç bir probemi yoxdu. Əndəlüs təmsilçisi A siyahısında 25 oyunçunun adını sifariş edəcək.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya"nın UEFA-ya təqdim etdiyi iştirak ərizəsi ilə bağlı heç bir probemi yoxdu. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, əndəlüs təmsilçisi A siyahısında 25 oyunçunun adını sifariş edib.

Baş məşqçi Xulen Lopetegi hansısa futbolçunu kənarda saxlamaq məcburiyyətində qalmayıb. O, Xesus Navas, Alexandro Pozo, Xavi Dias və Brayan Gili klubun yetirməsi kimi təqdim edib.

Serxio Requlyon, Serxio Eskudero, Xoan Cordan, Oliver Torres, Serxi Qomes, Nolito və Munir El-Haddadi yerli, digər 14 oyunçu isə əcnəbi kimi sifariş olunub. Mena, Lara, Amo kimi oyunçular B siyahısında göstərilib.

Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Xavi Dias

Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kaptain), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon

Yarımmüdafiəçilər: Lukas Okampos, Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan

Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Nolito, Munir El-Haddadi, Brayan Gil

Qeyd edək ki, "Sevilya" qrupda ilk oyununu sentyabrın 19-da səfərdə "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest