"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun birgə nahar etmə təklifini "Barselona"nın kapitanı Lionel Messi müsbət cavablandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz həmkarı haqda xoş fikirlər səsləndirib.

O, İspaniya mətbuatına müsahibəsində portuqaliyalı ilə Monakodakı son tədbirdə uzun-uzadı söhbət etdiyini deyib: "Həmişə dediyim kimi, Ronaldo ilə fikir ayrılığım yoxdu. Onunla birlikdə nahar etməkdə problem görmürəm. Dost olmaya bilərik, çünki paltardəyişmə otağında heç bir bir yerdə olmamışıq. Amma həmişə mükafatlandırma mərasimində yan-yana otururuq. Yeri gəlmişkən, Monakodakı tədbirdən sonra Ronaldo ilə uzun söhbətimiz oldu. Birgə naharın olub-olmayacağını bilmirəm. çünki hərəmizin öz həyatı və vəzifələri var. Əlbəttə ki, dəvəti qəbul edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest