"Qarabağ"ın avrokuboklardakı yürüşü növbəti, daha ciddi bir mərhələyə qədəm qoyur. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Ağdam təmsilçisi Bolqarıstanın titullu klubu – Sofiya ÇSKA-sını qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu tarixi qarşılaşmada "köhlən atlar" qələbə üçün 12-ci oyunçusuna – siz azarkeşlərə güvənir!

Niyə bu oyun qaçırılmamalıdır?

​Bolqarıstan təmsilçisi öz tarixləri ərzində "Ayaks", "Nottingem Forest" və "Liverpul" kimi nəhəngləri məğlub etdikləri üçün "çempionların qatili" kimi tanınırlar. İndi isə növbə Azərbaycan futboluna gəlib. ÇSKA tarixində ilk dəfədir Azərbaycan klubu ilə rəsmi matça çıxır.

Rəqibin heyətində "İnter"in sabiq ulduzu Stefano Sensi və İngiltərə Premyer Liqası təcrübəli Jan-Filip Qbamin kimi Avropa səviyyəli oyunçular yer alır. Onların qarşısında "Qarabağ"ın yeni transferlərinin necə performans sərgiləyəcəyini canlı izləmək əsl futbol ziyafəti olacaq.

"Köhlən atlar" ilk mərhələdə İslandiyanın "Vestri" klubunu darmadağın edərək, gücünü göstərdi. İndi isə hədəf daha böyükdü!

Bu gərgin və prinsipial qarşılaşmada tribunaları dolduraraq komandamıza güc vermək hər bir azarkeşin borcudu. Gəlin, Tofiq Bəhramov adına stadionu rənglərimizlə bəzəyək və "Qarabağ"a dəstəyimizi göstərək!

​Tarix: 23 iyul, saat: 20:00
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

​Unutmayaq, tribunadakı hər bir səs qələbəyə doğru bir addımdı! Komandanı meydanda tək qoymayaq!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest