Tanınmış mütəxəssis Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacağını rəsmən təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 59 yaşlı almaniyalı məşqçi rəsmi müqavilənin yaxın günlərdə imzalanacağını söyləyib. Almaniya Futbol İttifaqı ilə Klopp arasındakı müqavilənin 4 illik, yəni 2030-cu ilin yayına qədər nəzərdə tutulduğu gözlənilir.
Təcrübəli mütəxəssis 2024-cü ilin yayında İngiltərənin "Liverpul" klubundan ayrıldıqdan sonra məşqçilik etməyib və "Red Bull" şirkətinin strukturunda rəhbər vəzifə tutub.
Xatırladaq ki, Almaniya yığması dünya çempionatının 1/16 finalında Paraqvaya uduzaraq turnirlə vidalaşdıqdan sonra baş məşqçi Yulian Naqelsman postundan uzaqlaşdırılmışdı.













