İngiltərənin “Arsenal” klubu futbolçusu Co Uillokla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqavilənin müddəti və detalları barədə açıqlama verilmir. 
 
İngilis futbolçu “Arsenal”ın öz yetirməsidi. O, London klubunun əsas komandasında 2017-ci ildə debüt edib. Uillok həm də İngiltərənin gənclərdən ibarət yığmasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest