Azərbaycan çempionu "Qarabağ" sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirəcək. Matc.az Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi "Sevilya"nı qəbul edəcək.
 
Artıq bu qarşılaşma üçün biletlər də satışa çıxarılır. "Qarabağ"ın mətbuat xidmətinin yaydığı məlumata görə, azarkeşlər sabahdan etibarən bu matçın biletlərini əldə edə biləcəklər. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilmir.
 
Qeyd edək ki, "Qarabağ" - "Sevilya" matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest