"İmişli" klubu futbolçusu Vüsal Qənbərov ilə yollarını ayırıb.

"İmişli" klubu futbolçusu Vüsal Qənbərov ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi "Şəfa" klubuna transfer olunub.

Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 47 oyunda 2 qola imza atıb.

"İmişli" Vüsal Qənbərovun kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest