14 Sentyabr 2026, 19:17
FUTBOL
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində könüllü qan donorluğunun təşviqi və korporativ sosial məsuliyyət çərçivəsində qanvermə aksiyası keçirilib.
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində könüllü qan donorluğunun təşviqi və korporativ sosial məsuliyyət çərçivəsində qanvermə aksiyası keçirilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qan Mərkəzinin həkimlərinin iştirakı ilə təşkil olunan aksiyada AFFA-nın əməkdaşları iştirak ediblər. Aksiya zamanı donorlar ilkin olaraq tibbi müayinədən keçərək qanvermə prosesində iştirak ediblər.
Qeyd edək ki, qanvermə aksiyası könüllü qan donorluğunun təşviqinə və qan ehtiyacı olan şəxslərin dəstəklənməsinə xidmət edir.













