"Liverpul" "Bornmut"un və Braziliya millisinin vinqeri Rayana yaxından maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə TEAMtalk idman nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçunun transferində mersisaydlıların baş məşqçisi, əvvəllər "Bornmut"da onunla birlikdə çalışmış Andoni İraola maraqlıdır.
Rayanın "albalılar"la müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Sazişdə 130 milyon funt-sterlinq (150 milyon avrodan bir az çox) məbləğində təzminat maddəsi var, lakin müvafiq bənd yalnız 2027-ci ildə qüvvəyə minə bilər.
"Liverpul" braziliyalını Məhəmməd Salaha alternativ namizədlərdən biri kimi nəzərdən keçirir. Əgər keçid qeyd olunan məbləğə baş tutarsa, Rayan klub tarixinin ən baha başa gələn transferi olacaq.
2026/2027 mövsümündə braziliyalı futbolçu Premyer Liqada 4 oyun keçirib, lakin hələlik məhsuldar fəaliyyətlə yadda qalmayıb.













