Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador milli futbol komandasının yeni baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Əməkdaşlığın detalları açıqlanmır. 50 yaşlı mütəxəssisin son iş yeri iki dəfə rəhbərlik etdiyi Argentinanın "River Pleyt" klubu olub (500 oyun). O, həmçinin "Nasyonal" (39 oyun) və "Əl-İttihad"da (33 oyun) məşqçi kimi çalışıb.
Xatırladaq ki, Ekvador millisi 2026-cı il dünya çempionatından kənarlaşdıqdan sonra (1/16 finalda Meksikaya 0:2 hesabı ilə uduzaraq) Sebastyan Bekkasese vəzifəsindən ayrılıb. Argentinalı mütəxəssis "La Tri"yə 2024-cü ilin avqustundan rəhbərlik edirdi (24 oyun).
Qalyardonun milli komandanın sükanı arxasında debütü sentyabrın 24-də Cənubi Koreyaya qarşı keçiriləcək yoldaşlıq oyununda baş tutacaq.













