PSJ-nin baş məşqçisi Luis Enrike komandanın sağ cinah müdafiəçisi Əşrəf Hakiminin Fransa Liqa 1-nin yeni mövsümünün 4-cü turunun "Brest"lə matçında aldığı zədə barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, mərakeşli müdafiəçi qonaqların start heyətində meydana çıxıb və qarşılaşmanın 39-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Onun əvəzinə meydana Fabian Ruis daxil olub. Əvəzetmə zamanı tablodakı hesab Paris klubunun xeyrinə 1:0 idi.

"Zədənin nə dərəcədə ciddi olduğunu bilmirəm. Tibbi müayinədən sonra baxacağıq. Ciddi bir şey yoxdur, amma zədə var", – deyə parislilərin çalışdırıcısı bildirib.

Hakimi üçün bu matç cari mövsümündə 7-ci olub. Hələlik məhsuldar fəaliyyətlə yadda qalmayıb. Ümumilikdə onun aktivində PSJ-nin heyətində (2021-ci ilin iyulundan bəri) 214 oyun var.

Enrikenin komandası 4 turdan sonra aktivində 5 xal olmaqla çempionatın turnir cədvəlində yalnız 7-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest