Renat Dadaşov yeni komandası "Pakuş Ferreyra"da çətinliklə üzləşib. Matc.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, gənc forvardın əsas heyətə düşmək şansı yüksək qiymətləndirilmir.

Yerli KİV "Vulverhempton"dan icarəyə götürülən 20 yaşlı oyunçunun rəqabətdə geri qaldığını yazıb. Həmkarlarımız elita klubunun ön xətt oyunçuları arasındakı mübarizədən braziliyalı Velthonun qalib ayrılacağını düşünür.

çempionatın V turu çərçivəsində "Famalikao" ilə qarşılaşmada da məhz "sambaçı"nın start heyətində yer alması gözlənilir: "Pakuş Ferreyra"nın ön xətti gənclərə etibar edilib. Onlardan Duqlas Tanke, Renat Dadaşov və Dioqo Almeyda artıq şans da əldə edib, lakin bundan lazımınca yararlana bilməyib, özlərini doğrultmayıblar. Onlar oynadıqları matçda qol vura bilməyiblər. Komandanın geridə qalan 4 turda cəmi 1 qol vurması məşqçilər korpusunu yeniliyə vadar edəcək. Bu üzdən "Famalikao" ilə qarşılaşmada Velthonun ilk dəqiqələrdən meydanda olması gözlənilir".

Qeyd edək ki, Renat Dadaşovu "Vulverhempton" yay fasiləsində transfer edərək, "Pakuş Ferreyra"ya 1 illik icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest