Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi "Sevilya"nı qəbul edəcək. Matc.az xəbər verir ki, artıq qarşılaşmanın biletləri sentyabrın 14-dən etibarən satışdadı. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-di.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ilk gündə 10000 bilet artıq satılıb. Bu isə qısa zamanda bütün biletlərin satılacağı ehtimalını artırır.
 
Sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sevilya" matçına saat 20:55-də start veriləcək.
 
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest