“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyuna belə pis başlayacağımızı gözləmirdim. Komanda ilk dəqiqələrdən “yatmışdı”. Buraxılan iki qoldan sonra təşəbbüsü ələ ala bildik. İkinci hissəni tamamilə hücumda keçirdik. Amma..."

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyuna belə pis başlayacağımızı gözləmirdim. Komanda ilk dəqiqələrdən “yatmışdı”. Buraxılan iki qoldan sonra təşəbbüsü ələ ala bildik. İkinci hissəni tamamilə hücumda keçirdik. Amma son nöqtəni qoymağı bacarmadıq. Görünür, ardıcıl iki qələbədən sonra uşaqlar arxayınlaşıblar. Qol vəziyyətlərimiz var idi, amma görünür bu gün bizim günümüz deyildi. Artıq önümüzə baxmalıyıq. Sentyabrın 22-də “Neftçi” ilə oyunumuz var. Artıq həmin görüşə hazırlaşmalıyıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest