"Real" və "Barselona" gələn il "Mançester Siti"nin hücumçusu Erlinq Halandın transferi imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniyanın iki nəhəng klubu forvardın 2027-ci ildə klubunu dəyişmək variantına baxa biləcəyi ehtimalından çıxış edir.
Ötən ilin əvvəlində Haland "Mançester Siti" ilə yeni 9 illik müqavilə imzalayıb. Həmin vaxt klubdakı mənbələr əvvəlki müqavilələrdə yer alan sərbəstqalma məbləği ilə bağlı bütün bəndlərin ləğv edildiyini iddia edirdilər. Buna baxmayaraq, "Barselona" və "Real"a yaxın mənbələr norveçlinin müqaviləsində onun "Etihad"ı tərk etməsinə potensial olaraq imkan verə biləcək bəzi seçimlərin hələ də qaldığına inanırlar.
Bundan əlavə, Haland ilə "Siti" rəhbərliyi arasında belə bir razılaşma var: əgər futbolçu özünə yeni bir çağırışın lazım olduğuna qərar verərsə, klub gediş ehtimalını tamamilə istisna etməyəcək və vəziyyəti dəyərləndirməyə hazır olacaq. Hazırda Halandın "Siti"ni tərk etmək üçün xüsusi bir istəyi yoxdur və o, İspaniya nəhəngləri ilə adının hallanmasına baxmayaraq, özünü tamamilə klubuna həsr edib.













