Azərbaycan Premyer Liqasında IV turun “Qarabağ” – “Neftçi” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
- Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram.
 
- Oyuna baxanda belə təəssürat yarandı ki, komanda ideal oynadı. “Seviya”ya qarşı matç öncəsi hansı məqamlar sizi narahat etdi?
- Bəzi futbolçularımızın oyun ritmindən düşdüyünü qeyd etdim. Yorğunluq gəldikcə top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalyıq ki, həmin anlarda səhvsiz oynayaq. Oyunçuların performansı daha yaxşı olacaq. O futbolçular top itirirdi ki, hansı ki, bunu etməməlidilər. Daha didqqətli və konsentrasiyalı olmalıdılar. “Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda, daha səliqəli oynamağa çalışmalıyıq.
 
- Mövsümün əvvəlində “Neftçi”nin sizə rəqib ola biləcəyini düşünülürdü. Ancaq rəqib baş məşqçi də sizdən əvvəl “Qarabağ”ın gücünü qeyd etdi. Fikirləşmək olarmı ki, çempiponluğu əziyyətsiz qazanacaqsız?
- Yox. Qətiyyən belə düşünmürəm. Keçən il də şahid olduq ki, məğlubiyyətlər yaşandı. Futbol elə oyundu ki, bu fikirlə yanaşsaq, uduzmuş olarıq. Hər oyuna daha ciddi yanaşamalıyıq. Xoş haldı ki, “Neftçi” ilə xal fərqi çoxdu. Ancaq bu, heç nə demək deyil. Qarşıda çox oyun var. İndidən çempionluğu düşünsək, bizə ziyan verər.
 
- Beqoviçin performansından razı qaldız?
- Bu matçda yaxşı idi. Amma son 4 ayda rəsmi oyunlara çıxmamışdı. Təcrübəsi sayəsində bunu aradan qaldıra bilər. Hər bir halda düşünürəm ki, belə matçlarda təcrübəsi bizə fayda verəcək.
 
- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin avrokubokda debüt etmək şansı nə qədərdi?
- Qarşıdakı oyunlar göstərəcək. İndi bir söz deyə bilmərəm. Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər. Burda özünü təcrübəli hiss etməli, stabil və soyuqqanlı olmalıdı. Ondan sonra daha yaxşı olar.
 
- Bu oyunun ən yaxşılarından Aylton niyəsə aqressiv idi...
- Onun aqressiv olmadığı anı görməmişəm. Oyundankənar başqa, meydandakı başqa. Bu, məni narahat edir. Onun xarakterində zəiflik var. Daha stabil oynamaq eüçün futboldankənar aqressivliyi kənara atmalıdı. Bu olmasa, həm özünə həm bizə mane ola bilər.
 
- Sanki meydanda problemlər var idi...
- Düzdü, bir qədər ağır idi. İndi belə dövrdü. Mütəxəssislərin deyidinə görə, torpağın yumşax vaxtıdı. Bu futbolçulardan əlavə güc alır və məni narahat etdi, zədəyə də gətirib çıxara bilər. Başqa variantımız yoxdu. Düşünürəm ki, “Sevilya” ilə matçda daha yaxşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest