Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, ardıcıl altıncı mövsümdə Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil etmək hüququ qazanan "Qarabağ" da qrupda ilk oyununa çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda İspaniyanın "Sevilya" klubunu sınağa çəkib. Avroliqanın ən çox qalibi olmuş bu komanda Bakıya əsas heyətlə gəlsə də, Ağdam klubu La Liqa nəhəngi ilə oyunda sürprizə imza atmağı hədəfləmişdi. Amma qarşılaşma Azərbaycan çempionu üçün çox uğursuz alınıb. İspaniya təmsilçisi bu oyunda 3 cavabsız qolla qalib gəlib.
 
A qrupu çərçivəsində bu gün APOEL də "Düdelanj"ı qəbul edib. Yeddi qolun qeydə alındığı bu qarşılaşma isə nə qədər gözlənilməz olsa da, Lüksemburq klubunun qələbəsiylə başa çatıb.
 
Avropa Liqası
A qrupu
19 sentyabr
 
Qarabağ - Sevilya 0:3
Qol: çiçarito, 62. M.Ə.Haddadi, 78. O.Torres, 85.
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.

Sevilya: 1. Tomaş Vatslik, 11. Munir Əl-Haddadi, 12. Xules Kunde, 14. çiçarito, 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Xoan Xordan.
Ehtiyat oyunçular: 13. Yassin Bunu, 3. Serxi Qomes, 7. Roni Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando. 
Baş məşqçi: Xulen Lopeteqi.
 
APOEL (Kipr) - Düdelanj (Lüksemburq) 3:4
Qol: Pavloviç, 54; 58. De Vinsenti, 56-pen – Sinani, 36; 82. Bernier, 51. Stolz, 72.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest