"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya" ilə keçirilən oyunla bağlı paylaşım edib. Matc.az saytının məlumatına görə, bosniyalı qolkiper tvitter hesabı vasitəsilə azarkeşlərə təşəkkür edib.

32 yaşlı futbolçu məğlubiyyətə baxmayaraq, ümidlərini itirmədiklərini vurğulayıb: "Dünən gecə güclü komandaya qarşı ağır məğlubiyyət aldıq. Qarşıda hələ çox oyun var və biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Sevilya" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest