"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj" səfər oyunlarına azarkeş aparacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bununla bağlı azarkeşlərə müraciət olunub.

Belə ki, Lüksemburq təmsilçisinin "Sevilya" və "Qarabağ"la səfər oyunlarında komandaya dəstək olmaq istəyən fanatlar klubdan sifariş edə bilərlər.

Həm Sevilya, həm də Bakıya çarter reysi təşkil olunacaq və azarkeşlər həmin şəhərlərdə 4 ulduzlu oteldə qalacaqlar. Səhər yeməyi, oyun biletləri, həmçinin hava limanından köçürülmə də paketə daxildi. Hər iki şəhərə 3 günlük səyahət planlaşdırılır. Bakıya səfər dekabrın 10-da axşam saatlarında başlayacaq və qonaqlar ayın 13-də geri dönəcək.

Hər iki səfərdə iştirak etmək istəyənlər 1200 avrolarından keçməlidilər. Yalnız Sevilyaya getmək istəyənlər 650, təkcə Bakıda olmaq istəyənlər isə 600 avro ödəməlidilər.

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında son tur çərçivəsində Bakıda keçiriləcək oyun dekabrın 12-nə təsadüf edəcək. Bu komandalar arasında ilk görüş isə oktyabrın 3-də səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest