Azərbaycan millisinin meneceri Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, o, oktyabrın 15-də iş başında olacaq.

Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Zenicadakı Bilino polie stadionunda keçiriləcək  Bosniya və Herseqovina – Almaniya oyununun UEFA nümayəndəsi Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, Zaur Hacı-Məhərrəmov eyni zamanda AFFA-nın Futzal üzrə koordinatoru vəzifəsində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest