Prezident İlham Əliyev Rusiyada keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə qrossmeyster Teymur Rəcəbovu  təbrik edib. Matc.az xəbər verir ki, təbrikdə deyilib:

"Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest