“Bavariya”nın  baş məşqçisi Vensan Kompani virus infeksiyası səbəbindən Münhendəki xəstəxanalardan birinə yerləşdirilib. Matc.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssisin vəziyyəti ilə əlaqədar klubun məşq bazasına helikopter göndərilib. Bununla belə, Kompani məşqdən sonra huşunu itirib və xəstəxanaya helikopterlə deyil, təcili tibbi yardım avtomobili ilə aparılıb.

Qeyd edək ki, Kompani səhhətindəki problemlərə görə daha əvvəl də mətbuat konfranslarını buraxmalı olub. O, “RB Leypsiq” üzərində 6:1 hesablı qələbədən sonra və “Arsenal”la 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan əvvəl jurnalistlərin suallarını cavablandıra bilməyib.

“Sky Sport”un məlumatına görə, belçikalı mütəxəssis “Arsenal”la Çempionlar Liqası matçından əvvəl də ayaqlarında ağrılar hiss edib. Bildirilir ki, virus infeksiyası onun bud nahiyəsində də fəsadlara səbəb olub.

Kompani və klub rəhbərliyi onun hazırkı vəziyyəti ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest