Fransalı hücumçu Kərim Benzema "Real"da 200-cü qolunu vurub. Matç.az saytı xəbər verir ki, yubiley qolu çempionlar Liqasının IV turunun "Viktoriya" ilə matçına təsadüf edib.

5:0 hesablı qələbəyə dublla töhfə verən hücumçu Madrid klubunun tarixində 200 və daha çox qol vuran 7-ci oyunçu olub. Benzema qol sayında Kriştianu Ronaldo, Raul Qonzales, Alfredo di Stefano, Karlos Santilyana, Ferens Puşkaş və Uqo Sançesdən geri qalır.

Qeyd edək ki, Kərim "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest