Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 2-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Texniki Universtitetin idman zalında “Gəncə” çempionatın favoritlərindən olan “Sərkərdə” ilə qarşılaşıb. Çox gərgin, dramatik mübarizə şəraitində keçən oyunda rəqiblər böyük fasiləyə 41:41 hesabı ilə yollanıblar. 3-cü hissədə "Sərkərdə” təşəbbüsü ələ alaraq hesab fərqini 10-a çatdırıb - 55:45. Amma qarşılaşmanın kritik anında "Gəncə"nin baş məşqçisi Rizvan Səfərov taymaut götürərək komandasına lazımı göstərişləri verib. Bundan sonra oyun gəncəlilərin diqtəsi altında davam edərək onların inamlı qələbəsi ilə başa çatıb – 81:72 (18:21, 23:20, 22:20, 18:12).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest