İspaniyanın "Barselona" klubu "Atletiko Paranaense"nin 19 yaşlı mərkəz müdafiəçisi Artur Diasla maraqlanır. Kataloniya klubunun skaut şöbəsinin rəhbəri Joao Amaral oyunçunu qiymətləndirmək üçün Braziliya A Seriyasında "Baiya" ilə keçirilən matçı şəxsən tribunadan izləyib.

Matc.az xəbər verir ki, bu barədə "UmDois Esportes" nəşri məlumat yayıb.

Bildirilir ki, ötən yay "Atletiko Paranaense" oyunçu üçün bir İngiltərə klubundan gələn 21 milyon avroluq təklifi rədd edib. "Barselona" ilə yanaşı, müdafiəçini "Tottenhem", Madrid "Atletiko"su, "RB Leypsiq", "Nyukasl" və "Benfika" da yaxından izləyir.

Dias "Atletiko Paranaense"nin əsas heyət oyunçusudur, onun Braziliyanın 20 yaşınadək gənclərdən ibarət milli komandasında çıxış təcrübəsi var və o, əsas milli komandaya ilk dəvətini alıb.

Diasın klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir. "Transfermarkt"da oyunçunun dəyəri 3 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest