"Bakıda APOEL üçün final xarakterli döyüş olacaq. Çünki komanda "Qarabağ"a məğlub olarsa, növbəti mərhələ şansını itirəcək. Bu səbəbdən səfər matçında Tomas Dollun yetirmələrini yalnız qələbə qane edir".

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL bu görüşə ciddi hazırlaşır. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya təmsilçisi Bakıya 3 xal dalınca gələcək.

Həmkarlarımız əks təqdirdə, onlar üçün hər şeyin bitəcəyini vurğulayıb: "Bakıda APOEL üçün final xarakterli döyüş olacaq. çünki komanda "Qarabağ"a məğlub olarsa, növbəti mərhələ şansını itirəcək. Bu səbəbdən səfər matçında Tomas Dollun yetirmələrini yalnız qələbə qane edir. Ancaq "Qarabağ"ın yaxşı formada olması APOEL-in işini çətinləşdirir".

Qeyd edək ki, "Qarabağ" - APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest