Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) "danışılmış oyunlar"a qarşı apardığı mübarizə çərçivəsində I divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Matc.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, I divizionda çıxış edən "Ağsu"nun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest