Dortmund "Borussiya"sı çempionlar Liqasının qrup mərhələsinin III turunda "İnter"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi sözügedən səfər qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Borussiya"da Marko Roys, Marsel Şmeltzer və Pako Alkaser zədə səbəbindən "İnter"lə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək "İnter" – "Borussiya" oyunu saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest