Azərbaycan Premyer Liqasının IX turunda "Zirə"ni qəbul edən "Sabah" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, kapitan Ruslan Abışov sıradan çıxıb.

Qarşılaşmanın 30-cu dəqiqəsində ev sahiblərinin qapısı qarşısında yaşanan bir epizodda zədələnən Abışov həkim müdaxiləsinə baxmayaraq, mübarizəni davam etdirə bilməyib. Nəticədə bir dəqiqə sonra kapitan axsayaraq meydanı tərk edib. Onun əvəzinə meydana Kərim Diniyev daxil olub.

Qeyd edək ki, hazırda ilk hissəsi gedən matçda hesab 2:1 meydan sahiblərinin xeyrinədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest