çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Tottenhem"in hücumçusu Harri Keyn turun oyunçusu adına yiyələnib.

İngiltərəli forvard azarkeşlər arasında səsvermədə Milan Pavkov ("Srvena Zvezda"), Riyad Mahrez ("Mançester Siti") və Kərim Benzemanı ("Real") qabaqlayıb.

Qeyd edək ki, Keyn PSV üzərində 2:1 hesablı qələbədə dublla pay sahibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest