Bakının "Neftçi" klubu daha bir itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, iki müdafiəçisi – Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun xidmətindən məhrum olan "ağ-qaralar" daha bir arxa xətt oyunçusu Kiril Petrovu da itirib.

Ukraynalı müdafiəçi Topaz Premyer Liqasının "Zirə" ilə görüşündə zədə səbəbindən əvəzlənib. İlk yarıda xəsarət alan, lakin oyunu davam etdirən Petrov 65-ci dəqiqədə yenidən zədələndiyi üçün meydanı tərk edib. Onu Anron Krivotstyuk əvəzləyib.

Qeyd edək ki, Petrov cari mövsümün gedişində ikinci dəfə sıradan çıxıb. Bir müddət kənarda qalan müdafiəçi heyətə yeni dönmüşdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest