İtaliyanın “Milan” klubu hücumçusu Daniel Maldini ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
 
18 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin iyun ayına qədərdi.
 
Qeyd edək ki, Daniel “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludu. O, bu yay sözügedən klubun əsas komandasında debüt etmək şansı da qazanıb. Bu, beynəlxalq çempionlar kuboku çərçivəsində baş tutan “Bavariya” ilə oyuna təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest