"Barselona" "Real Sosyedad"ın 29 yaşlı hücumçusu Mikel Oyarzabalın transferini nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu Robert Levandovskinin gedişindən sonra hücumçu axtarışlarını davam etdirir. Madrid "Atletiko"sunun forvardı Xulian Alvaresin transfer məsələsi qeyri-müəyyən qaldığı üçün Oyarzabal argentinalı futbolçuya əsas alternativ kimi görülür.
Geridə qalan mövsümdə Oyarzabal "Real Sosyedad"ın heyətində 40 matça çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə, oyunçunun bazar dəyəri 25 milyon avro təşkil edir. Hazırda Oyarzabal İspaniya millisinin düşərgəsində 2026-cı il dünya çempionatında iştirak edir.













