İspaniyanın "Atletiko" klubunun hücumçusu Dieqo Kosta 5-6 ay yaşıl meydanlardan uzaq qala bilər. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin son məşqlərində iştirak etməyən futbolçunun ciddi zədədən əziyyət çəkdiyi bildirilir.
 
İspaniya mətbuatının iddiasına görə, İspaniya millisinin Braziliya əsilli forvardında boyun yırtığı aşkarlanıb. Bu üzdən onun əməliyyat olunması gözlənilir. Belə olan halda Kostanın 2020-ci ilin aprel ayına qədər yaşıl meydanlardan uzaq qalması gözlənilir.
 
31 yaşlı hücumçu cari mövsümdə La Liqa və UEFA çempionlar Liqası çərçivəsində 13 oyuna çıxıb, iki qol vurub, üç məhsuldar ötürmə ilə yadda qalıb.
 
La Liqada geridə qalan 13 turda 24 xal toplayan "Atletiko", "Barselona" və "Real"ın ardından 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest