Yarışda öncədən də gözlənildiyi kimi, 12 komanda mübarizə aparacaq. Bunlar Topaz Premyer Liqasının 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan" və "Ağsu"du.

Azərbaycan Kubokunda 2018-2019 mövsümünün iştirakçı komandaları müəyyənləşib. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yarışda öncədən də gözlənildiyi kimi, 12 komanda mübarizə aparacaq.

Bunlar Topaz Premyer Liqasının 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan" və  "Ağsu"du.

Turnirin püşkatma mərasiminin tarixi də artıq bəlli olub. Belə ki, noyabrın 14-də komandalar rəqiblərini öyrənəcək. Saat 13:00-da start götürəcək püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest