Joze Mourinyonun "Tottenhem"lə imzaladığı müqavilənin yeni detalları ortaya çıxıb. Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssis 15 milyonluq məvacibindən əlavə, 2 milyon funt-sterlinq də qazana bilər. Belə ki, "Tottenhem" İngiltərə Premyer Liqasında mövsümü ilk 4 sırada bitirsə, Mourinyoya 2 milyon funt-sterlinq mükafat veriləcək.

London təmsilçisi hazırda Premyer Liqada 14-cü sırada yer alıb. Mourinyo "Tottenhem"lə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest