"Tottenhem" İngiltərə Premyer Liqasından aşağı liqaya düşərsə, iki əsas oyunçusunu itirmək riski ilə üzləşəcək.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Bildirilir ki, sözügedən oyunçular yarımmüdafiəçi Xavi Simons və cinah oyunçusu Məhəmməd Kudusdur. Hər iki oyunçu agentlərinə "Tottenhem"in Premyer Liqadan düşəcəyi təqdirdə digər klublara mümkün transferləri araşdırmağa başlamağı tapşırıb.

Eyni zamanda, hər iki oyunçunun klubun düşməməsi üçün mübarizə aparacaqları da qeyd edilir.

Bu mövsüm Simons bütün yarışlarda 35 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Kudus isə 26 oyun keçirib 3 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Tottenhem" 29 oyundan sonra İngiltərə Premyer Liqasında 20 komanda arasında 29 xalla 16-cı yerdədir. Onlar düşmə zonasından cəmi bir xal öndədirlər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest