"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandasının qapıçısı Tibo Kurtuanı tərifləyib.

Matc.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis belçikalı qolkiperi klubun sabiq qapıçıları ilə müqayisə edib və "Real"ın tarixindəki yeri barədə açıqlama verib.

"Dünyanın ən yaxşı qapıçılarından bəziləri ilə oynamışam, bəziləri hətta tarixin ən yaxşısı hesab olunurdu. Ama Kurtuanın etdiyini heç kimdə görməmişəm. O, mənim üçün şübhəsiz ki, "Real" tarixinin ən yaxşı qapıçısıdır", - Arbeloa deyib.

Qeyd edək ki, Kurtua bu mövsüm bütün yarışlarında 39 oyun keçirib, 37 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest