"Barselona" "Hamburq"un "Tottenhem"dən icarəyə götürdüyü mərkəz müdafiəçisi Luka Vuşkoviçlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, London klubu xorvatiyalı futbolçunu saxlamaq niyyətindədir.

19 yaşlı futbolçunun agenti Joan Laporta ilə yaxşı münasibətləri olan Pini Zahavidir. "Hamburq"dan "Barselona"ya mümkün transfer müqaviləsinin dəyəri ən azı 40 milyon avro olacaq. Vuşkoviçin keyfiyyətləri baş məşqçi Hans-Dieter Flikin oyun tərzinə uyğun gələ biləcəyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün yarışlarda 24 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vuşkoviçin "Hamburq"la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest